Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / İqtisadçıdan təklif: “Ölkədə fəaliyyət göstərən bütün obyektləri qapatmaq əvəzinə…”

İqtisadçıdan təklif: “Ölkədə fəaliyyət göstərən bütün obyektləri qapatmaq əvəzinə…”

Bugün (16 mart) Milli Məclisdə Səhiyyə və Hüquq Siyasəti komitələrinin birgə iclası olacaq. Koronavirusla (COVİD 19) bağlı ölkəmizdə hazırkı durum və görülən tədbirlər müzakirə olunacaq. Milli Məsclisin bugünkü iclasında Səhiyyə Nazirliyinin rəsmilərinin də iştirakı nəzərdə tutulur. Bu istiqamətdə profilaktik tədbirlərin aparılması müvafiq icra hakimiyyətləri orqanları tərəfindən aparılır. AR Nazirlər Kabinetinin Koronavirusla (COVİD 19) mübarizə istiqamətində ilkin qərarı (3 mart 2020) bütün təhsil müəssisələrinin qapadılması, daha sonra isə iaşə və xidmət obyektlərinin qapadılması oldu.Hətta cərimələrin tətbiq edilməsi də həyata keçirildi.

Aydın məsələdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkədə bu virusun yayılmaması istiqamətində addımlar atmağa çalışır.Çünki, Koronavirus (COVİD 19) epidemiyasının yayılması heç də yaxşı hal deyil. Lakin Azərbaycan iqtisadi modelinin olduqca kövrək olduğunu,xırda kataklizmalara belə tab gətirməsinin çətin olduğunu da nəzərə almalıyıq. Azərbaycan hökümətinin bu virusun ölkədə yayılmasının qarşısını alınmasında çox premetiv yol “xəstədirsə öldürün” prinsipini seçdiyini bildirmək istəyirəm. Paradoks isə ondadır ki, Hazırkı şəraitdə Səhiyyə Nazirliyi Azərbaycanda 1 nömrəli nazirlik, səhiyyə naziri də ən çox məsuliyyət götürən şəxs olmalıdır. Səhiyyə Nazirliyinin əsas vəzifəsi Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin qorunması olmalıdır.Səhiyyə naziri və nazirliyin məsul şəxsləri bütün tədbirlərdə öndə olmalı, televiziya ekranlarından düşməməli, mətbuata açıqlamalar verməli, hərəkətləri və davranışları ilə vətəndaşlara nümunə göstərməlidir. Sözü gedən qurum isə susur. Onu da qeyd etməyi özümə borc bilirəm ki,hər il dünyada mövsümi qripdən dünyasını dəyişənlərin sayı heç də az deyil.

Mövsümi qripdən qeydə alınan ölüm halları illik 1% təşkil edir. Bu xəstəliyin diaqnozunu vaxtında düzgün təyin edilsə,öldürcülüyü 2 %- lə qiymətləndirilir. Lakin təəssüflər olsun ki,bu virusla real mübarizə aparmaq yerinə,əvəzinə isə biz müəssisələri,obyektləri qapadırıq. Fərz edək Asan xidmət mərkəzləri bağlandı,çox gözəl.. Vətəndaşlarımız xidmət almayacaq və təbii olaraq dövlət büdcəsinə bu istiqamətdən heç bir vəsait daxil olmayacaq.Bundan başqa Şadlıq evləri, kafelər işləməyəcək, marketlər,inşaat şirkətləri işləməyəcək. Çox gözəl..Hamı evində otursun.Lakin bu işlərdə günəmuzd çalışanlar ailəsinə gündəlik aldığı maaşı (təqribən 10-20 manatı) apara bilməyəcək. Fərz edək ki, Dövlət qurumlarının fəaliyyətini dayandırmışıq, bu da çox gözəl.Onlar da evlərində otursunlar..Bu qurumlar çalışmadıqda təbii olaraq bu qurumlara xidmət göstərən hüquqi və ya fiziki şəxslərin də fəaliyyəti avtomatik olaraq dayancaq.Qeyd edim ki, dövlət qurumları fəaliyyət göstərmədikdə lisenziya və icazələrin də alınması dayanacaq. Və bununla da çox qısa zamanda ölkədə maliyə dövriyyəsi azalacaq,neft qiymətlərinin enməsi ilə onsuz da zəifləyən Azərbaycan iqtisadiyyatına ciddi zərbə dəyəcək və bu kataklizmanın təsiri 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranın təsirlərində ağır olacaq.Biz bu tənəzzülü dünya iqtisadiyyatında son iki ayda olan geriləmə ilə müqayisə etməməliyik. Azərbaycan iqtisadi modeli bütün dünyada özünəməxsusluğu ilə seçildiyinə görə dünya iqtisadiyyatında son iki ayda olan geriləmə ilə müqayisə etməməliyik.

Qeyd edim ki, mikroiqtisadi baxımdan dünyada ticarət Azərbaycanda biz bunu cütrəqəmli faiz indeksi ilə (təqribən 20-30%) nəzərdə tutmalıyıq. Təklifim budur ki, ölkədə fəaliyyət göstərən bütün obyektləri qapatmaq əvəzinə dezinfeksiya və deratizasiya, sanitariya və gigiyena işlərini gücləndirmək. Kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərə start vermək, sahə həkimlərinin fəaliyyətini və bu həkimlərin məsul olduğu ərazilərə nəzarəti gücləndirmək lazımdır. Media nümayəndələrindən olan dostlarıma da hazırki şəraitdə fəaliyyətlərini yenidən gözdən keçirməyi,süni ajiotaj yaratmaq istəyənlərə alət olmamağı tövsiyyə edirəm. Gəlin,epidemiyanın episentrı olan Çini nümunə götürək. Əhalisinin sayı və unikal mətbəxi ilə bu virusa yoluxma ehtimalı yüksək olan 1 nömrəli qlobal istehsalçı olan Çin bu virusa qalib gəldiyini rəsmi açıqladı.

Asif İBRAHİMOV, Beynəlxalq ekspert

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …