Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Füzuli Məmmədovun təmsilçisi qalmaqallı səs yazısına aydınlıq gətirdi -VİDEOMÜSAHİBƏ

Füzuli Məmmədovun təmsilçisi qalmaqallı səs yazısına aydınlıq gətirdi -VİDEOMÜSAHİBƏ

Azinforum.az saytında Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Füzuli Məmmədovun (Frenk Elkapone) diaspor fəaliyyətinə son qoyduğunu bəyan etməsilə bağlı yayılan məlumata reaksiya verilib.

Füzuli Məmmədovun Azərbaycandakı təmsilçisi Nərmin Cəfərova Azinforum.az-a açıqlamasında bildirib ki, Füzuli Məmmədov bütün istiqamətlər üzrə, həmçinin diaspor sahəsindəki fəaliyyətini uğurla davam etdirir:

“Sizin saytın yaydığı səs yazısı doğrudan da Füzuli müəllimə məxsusdur. Amma həmin səs yazısı bir neçə ay bundan əvvəl yayılıb. Təşkilatın üzvlərinin qapalı qrupunda edilən söhbəti mediaya təqdim edənlər heç də xoş niyət güdmürlər. Ola bilər ki, Füzuli müəllimin həmin vaxt səsləndirdiyi fikirlərdə inciklikdən doğan hansısa notlar olsun. Amma onun rəhbəri olduğu təşkilatın özünü buraxması və Füzuli Məmmədovun diaspor fəaliyyətindən kənara çəkilməsi baş verməyib. Əksinə, Füzuli Məmmədov daha böyük işləri görməyi hədəfləyir. Pandemiya ilə bağlı yollar bağlı olduğu üçün, onun Bakıya növbəti səfəri ləngiyib. Aviareyslər bərpa olan kimi Füzuli Məmmədovun Azərbaycana səfəri reallaşacaq və biz hamı üçün sürpriz olacaq bəzi layihələrimizi reallaşdıracayıq”.

Azinforum.az olaraq bildiririk ki, bizim yaydığımız materialda Füzuli Məmmədov tərəfdarlarına müraciət edərək, rəhbəri olduğu təşkilatın fəaliyyətini dondurduğunu özünün disapor fəaliyyətindən tamamilə kənarlaşdığını bəyan edir. Nərmin Cəfərovanın saytımıza verdiyi eksklüziv videomüsahibəni təqdim edirik:

Bir neçə gün əvvəl Azinforum.az-ın yaydığı və qalmaqala səbəb olan videonu da təqdim edirik:

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …