Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Azər Zeynalov Şərurdakı məktəbin idman stadionunu qəsb edərək, yerində özünə və qaynına villa tikdirib – Video

Azər Zeynalov Şərurdakı məktəbin idman stadionunu qəsb edərək, yerində özünə və qaynına villa tikdirib – Video

Əslən Naxçıvandan olan tanınmış jurnalist Məhəmmədəli Qəribli özünün sosial şəbəkə hesabında Muxtar Respublika Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalovla bağlı maraqlı məlumatı ictimailəşdirib. Azinforum.az həmin yazını olduğu kimi təqdim edir:

“Şərurdan mənə çox maraqlı məlumat veriblər və xahiş ediblər ki, bunu mütləq ictimailəşdirim. Bura mənim də oxuduğum Şərur şəhər 1 saylı orta məktəbidir. Yerli sakinlərin dediyinə görə, uzun müddət Naxçıvan Ali Məclisi sədrinin birinci müavini olmuş, hazırda isə sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov bu məktəbin stadionunu və idman zalının olduğu ərazini zəbt edərək, orada özünə və qaynına villa tikdirib.

Məhəmmədəli Qəribli

Bir hissəsini isə baha qiymətə başqa adamlara satıb. Mən Naxçıvana çox az-az gedirəm. Doğrusu, bu fakt diqqətimi çəkməyib. Mən elə bilirdim ki, əsaslı təmirdən sonra , məktəbin stadionunun yerini dəyişiblər. Yerli sakinlər isə orada hökm sürən sərt ab-havaya görə, qorxudan susublar.

Həmin stadionda bizim uşaqlığımız keçib. Bu məktəbin idman infrastrukturu Azərbaycana çox adlı-sanlı, dünya, Avropa çempionları olan tanınmış idmançıları bəxş edib. Adam necə bu nalayiq addımı ata bilər? Şərur şəhər 1 saylı məktəbi həm də “rus məktəbi” kimi tanınıb. Məktəbdə iki dildə yüksək səviyyəli tədris verilib.

Azər Zeynalovun dədə-baba evi məktəbin yanında olub, özü də bu məktəbdə oxuyub. Bir şəxs özünün də unudulmaz xatirələrinin olduğu bir ərazini necə qəsb edə bilər? Mənə söz veriblər ki, həmin ərazinin və orada tikilən evlərin fotolarını da göndərəcəklər. Mütləq ictimailəşdirəcəm ki, bu yaramaz hərəkətlə hamı tanış olsun. Şərur sakinləri, Azər Zeynalovdan 4 hektardan ibarət zəbt edilmiş həmin ərazini yenidən məktəbin balansına qaytarmasını tələb edir…”

Azinforum.az

https://vt.tiktok.com/ZS82s5njf/

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …