Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / “Zaminbank”ın liderliyinin səbəbi – MƏLUM OLDU

“Zaminbank”ın liderliyinin səbəbi – MƏLUM OLDU

Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin sayına görə bankların ardıcıllığının pozulmasının səbəbi olub. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yanında İpoteka Fondunun açıqladığı məlumata görə, bu ilin 1-ci rübünün yekununda ən çox ipoteka kreditini “Zaminbank” verib. Rüb ərzində bankın ipoteka kreditlərinin sayı 646 ədəd artaraq 1590 olub.
Halbuki, ötən ilin sonuna qədər bankların reytinq cədvəlinə rəhbərlik etmiş “AGBank”da artım cəmi 7 ədəd olub. Bu bankın aprelin 1-nə qədər 1149 nəfərə ipoteka krediti verdiyi bildirilir.
Fins.az “Zaminbank”ın önə keçməsinin səbəbi ilə maraqlanıb. Məlum olub ki, bu məsələ AMB-nin lisenziyasını ləğv etdiyi “Gəncəbank”ın ipoteka kreditlərinin “Zaminbank”a ötürülməsi əlaqədardır. 2015-ci ilin sonuna olan məlumata görə, “Gəncəbank” illik 4-8%-lə 626 nəfərə ipoteka krediti verib. Yanvar-mart aylarında “Zaminbank”ın özünün ipoteka kreditləri isə cəmi 20 ədəd artıb.

Həmçinin oxuyun

Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev …

Bir cavab yazın