Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Ən çox cərimə yazan yol polislərinə mükafat veriləcək

Ən çox cərimə yazan yol polislərinə mükafat veriləcək

Hansı yol polisi əməkdaşı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazarsa, ona mükafat veriləcək.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, yol polisi paytaxtın inzibati ərazisində dayanma-durma və parklama qaydalarını pozan sürücülərə qarşı reydlər keçirəcək: «May ayının 29-dək xidmət etdiyi ərazidə dayanma-durma və parklama qaydaları ilə bağlı maarifləndirmə işində fəal iştirak edən, eyni zamandan bu qaydaların pozulması ilə bağlı ən çox protokol yazan, eyni zamanda həmin protokollardan şikayət edilməyən yol polisi əməkdaşına 300 manat mükafat verləcək».

Milli.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın