Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Xalq artistinin qardaşının evinə basqın etdilər, “beşbarmaq”la döydülər – VİDEO

Xalq artistinin qardaşının evinə basqın etdilər, “beşbarmaq”la döydülər – VİDEO

Bakı sakininin evinə aldatma yolu ilə daxil olan şəxslər ona qarşı quldurluq ediblər.
Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evində qeydə alınıb.
Əflatun Kərimov “Xəzər Xəbər”ə deyib ki, mətbəxdən çıxıb oğluna kömək etmək istəyərkən həmin şəxslər ona da hücum edərək döyməyə başlayıblar. Daha sonra onlardan biri evdə axtarış aparmağa başlayıb.
Basqınçıların soyuq silahda olduğunu görən Əflatun Kərimovun həyat yoldaşı dərhal dəhlizə çıxaraq qonşulardan kömək istəyib. Qonşular hadisə yerinə gələn kimi iki nəfər oradan qaçıblar.Xalq artistinin qardaşı hadisə ilə bağlı polisə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, polis quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva, və Jalə Mahmudovanı saxlayıb. Onlar ifadələrində bildiriblər ki, sözügedən mənzili səhv salıblar.
Faktla bağlı dəstə üzvləri barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …