Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Vüqar Səfərli Səbinə Kətanovaya qarşı dələduzluq etdi

Vüqar Səfərli Səbinə Kətanovaya qarşı dələduzluq etdi

Sosial şəbəkə fenomeni Səbinə Kətanovaya qarşı dələduzluq edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, Səfərli Vüqar Hakim oğlu tərəfindən külli miqdarda dələduzluğa məruz qalıb.

Vüqar Səfərli Səbinə Kətanova ilə yanaşı daha 16 nəfəri aldadaraq onlara külli miqdarda ziyan vurub.

Zərərçəkmişlərin 8-i qadın, 9-u isə kişidir

Vətəndaşlara dələduzluq yolu ilə külli miqdarda ziyan vurmaqda təqsirləndirilən Vüqar Səfərlinin cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Vüqar Səfərlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatma: Sosial şəbəkə fenomeni Dəbinə Kətanova 2020-ci ilin mayında 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı müzakirələrə səbəb olmuşdu.

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …