Ana səhifə / Siyasət / Deputat qrant qalmaqalından danışdı: “Kim belə düşünürsə…”

Deputat qrant qalmaqalından danışdı: “Kim belə düşünürsə…”

““Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsi son dərəcə şəffaf və obyektiv olub. Qalib gələn layihələr də təqdirəlayiqdir. Biz Şuşanın son 150 ildə demoqrafik, sosial-iqtisadi inkişaf mənzərəsini, perspektivlərini təqdim edəcəyik. Belə layihələr çox vacibdir. İlk dəfə olaraq bu layihə çərçivəsində Şuşanın 1 əsrdən çox müddətdə sosial-iqtisadi, demoqrafik inkişafı əks etdiriləcək, perspektiv istiqamətlər barəsində də fikirlər irəli sürüləcək. Bundan sonrakı mərhələdə baxarlar, layihəmiz Azərbaycanımız, dövlətimiz, Şuşanı dünyada tanıtmaq üçün nə qədər vacib və əhəmiyyətlidir”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı, “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsinin qaliblərindən olan Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə narazılıqlara münasibət bildirərkən deyib.

Z.Səmədzadə sosial şəbəkələrdə deputatın QHT rəhbəri olması və buradan pul qazanması barədə səsləndirilən fikirlərə isə belə cavab verib: “Harda yazılıb bu? Deputat dövlət vəzifəsi tuta və sahibkarlıqla məşğul ola bilməz. Bu, dünyanın bütün ölkələrində belədir. Azərbaycan Milli Elmlər Akademiyasının akademikiyəm, Dünya İqtisadçılar İttifaqının vitse-prezidentiyəm, Azərbaycan İqtisadçılar İttifaqının sədriyəm, bir neçə ölkənin irimiqyaslı beynəlxalq təşkilatlarının üzvüyəm… Azərbaycan elminə yarım əsrdən çoxdur xidmət edirəm. Bunu deyənlər çox yanlış fikirdədirlər. Deputata dövlət vəzifəsi tutmaq və biznes fəaliyyəti ilə məşğul olmaq olmaz. Mənsə Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət paytaxtının sosial-iqtisadi, demoqrafik inkişafını təhlil edən adi iqtisadçı, ziyalıyam. Kim belə düşünürsə, səhv düşünür. Bu, qərəzli yanaşmadır…”

Qeyd: Ziyad Səmədzadənin rəhbərlik etdiyi Azərbaycan İqtisadçılar İttifaqı “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsində “Şuşa rayonunun demoqrafik, sosial-iqisadi inkişaf vəziyyəti və perspektivləri” mövzusunda tədqiqatın aparılması” layihəsi ilə qalib gələrək, 29620 manat qrant qazanıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …