Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Uşaqlara siqaret satan koşk satıcıları cərimə olundu

Uşaqlara siqaret satan koşk satıcıları cərimə olundu

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, fevralın 6-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Yasamal rayonu ərazisində növbəti reyd keçiriblər.

Reydlər nəticəsində rayon ərazisində yerləşən köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …