Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bakıda qadını döyüb planşetini əlindən aldılar – günün günorta çağı…

Bakıda qadını döyüb planşetini əlindən aldılar – günün günorta çağı…

DİA.AZ: – DİN Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Araşdırma aparılır.

Bakıda qadını döyüb planşetini əlindən aldılar
Bakıda qadını döyüb planşetini əlindən aldılar

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …