Ana səhifə / Kriminal / Tehrandakı səfirliyimizə hücumla bağlı istintaq işi gələn ay araşdırılacaq

Tehrandakı səfirliyimizə hücumla bağlı istintaq işi gələn ay araşdırılacaq

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar istintaq işinin gələn ay (21 yanvar – 19 fevral 2024) araşdırılması üçün vaxt təyin edilib.

Bunu İranın Tehran vilayəti məhkəmələrinin baş hakimi Əli Əl-Qasi Mehr bu gün Tehranda Hakimlərin Ali Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq işindəki nöqsan və maneələr artıq aradan qaldırılıb.

Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb. Həmin hücumdan sonra səfirliyin fəaliyyəti dayandırılıb.

Həmçinin oxuyun

Abşeronda dəhşətli hadisə: Yaralanan qazinin qohumu hər şeyi danışdı – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Belə ki, “Bağçalı” yaşayış …