Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Taksi sürücüsü azərbaycanlı prodüserə hücum etdi: Blokda qaz balonu ilə…

Taksi sürücüsü azərbaycanlı prodüserə hücum etdi: Blokda qaz balonu ilə…

Azərbaycanlı prodüser Sayqa Cahid ARB-nin “Səhər-səhər” verilişində qonaq olub.
Open.az xəbər verir ki, prodüser proqramda 4 il öncə başına gələn bir hadisədən söz açıb.
O, 2014-cü ildə taksi sürücüsünün evinin blokunda ona hücum etdiyini vurğulayıb.
Sayqa bunun şou-biznesin kişi nümayəndəsi tərəfindən təşkil olunduğunu etiraf edib: “Biri 4 il bundan öncə mənim efirdə dediyim sözü həzm edə bilməmişdi. Bir az dolaşıq məsələ idi. Hazırda həmin adam içəridədir. Blokda mənim üzərimə qaz balonu ilə hücum etmişdilər. Mənə hücum edən taksi sürücüsü idi. Təbii ki, adi sürücünün mənimlə nə işi ola bilər? Bunu ona etdirən şou-biznesin kişi nümayəndələrindən biri idi. Liftə girmək istəyəndə onu arxamda hiss etdim və mənə qaz balonu ilə zərbə yetirdi. Qonşular qışqırığıma yığışdılar. 7 dəqiqə sonra həmin adam yaxalandı”.


Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …