Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Tələbə qız öldü, 10 nəfər yaralandı – Daha bir faciəvi qəza

Tələbə qız öldü, 10 nəfər yaralandı – Daha bir faciəvi qəza

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

“ Azinforum.az ” ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs Musayeva Səadət Məzahir qızıdır. O, Mingəçevir Turizm Kollecinin tələbəsi olub. S.Musayeva hadisə nəticəsində ağır bədən xəsarətləri alıb, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan daha iki yaralı – 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Yevlaxdan Mingəçevirə gələn sərnişin avtobusu Xaldan qəsəbəsi ərazisində qəzaya uğrayıb.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfərdən artıq sərnişin isə xəsarət alıb.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …