Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Təhqir etmək sanki, bu qadının danışıq normasıdır” – Kriminalist

“Təhqir etmək sanki, bu qadının danışıq normasıdır” – Kriminalist

“Belə bəsit, bayağı mübahisələrə müdaxilə edib, münasibət bildirməyin özü, bəlkə də düz deyil. Amma düşünürsən ki, bildirəndə bəlkə də belə biabırçı halın bitməsinə bir müəyyən təsiri ola”.

Bunu kriminalist-ekspert İlqar Altay Şəfiqə Nağıyeva ilə Anar Vəziroğlu arasında canlı efirdə baş verən davaya münasibət bildirərkən deyib.

Hüquqşünas bildirib ki, bu hadisə ilə bağlı dərin analizə ehtiyac olmadan məntiqlə səbəbi ortaya qoymaq olur:

“Həminki o bəy kimdirsə(Anar Vəziroğlu), onun bir dəfə də olsa, TV-lərdə qalmaqal yaratdığı görünməyib. Ancaq, Şəfiqə xanım, hüquqşünas adlanan görün, neçənci dəfədir TV verilişlərində müxtəlif insanlarla skandallar yaradır. Tərəf müqabilini təhqir etmə sanki, bu qadının danışıq normasıdır. Dəfələrlə ifrat, kəskin davranışı ilə bu cür  qarşıdurma halı yaradıb. Hamı da, bunun şahidi olub. Belə halda, bir gün birisini halından çıxardıb özünə qarşı cavaba sövq etməli idi. O da oldu və necə deyərlər, “su qabı suda da sınmalı idi”. 

Belə psixoloji əsəbi qadını cəlbedici qalmaqal şousu yaratma xatirinə televiziyaya çıxaran TV rəhbərləri guya, bilmirdilərmi, bu cür, “yetənə yetib, yetməyənə daş atmağın” bir gün, indiki və bundan da daha ağır nəticəsi ola bilər?! Bu emosional səhhət durumundakı yaşlı ağbirçək Azərbaycan qadınından belə sui-istifadə olar? Nə yaraşır, bu səpkili yolla qazanılan divident?”.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …