Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Daşkəsəndə valideynlərini bu hala salan oğul saxlanıldı

Daşkəsəndə valideynlərini bu hala salan oğul saxlanıldı

Sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın baş və bədən nahiyyələrinə, küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alması barəsində Daşkəsən rayon Polis Şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan verilən Musavat.com-a məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Bağırov Firdovsi saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəmnində baş verdiyi müəyyən olunub. İfadəsində Firdovsi tutduğu əməldən peşman olduğunu qeyd edib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …