Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Şəmkir sakini əvvəlcə maşınını daha sonra özünü yandıraraq intihara cəhd edib

Şəmkir sakini əvvəlcə maşınını daha sonra özünü yandıraraq intihara cəhd edib

Şəmkir rayon sakini Fuad Həsənov əvvəlcə “Hammer” markalı avtomobilini daha sonra özünü də yandıraraq intihara cəhd edib.
“Report”un məlumatına görə, müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, həmin şəxsin borcu olduğuna görə, məhkəmə qərarı ilə avtomobilinə həbs qoyulduğu bildirilir.
Belə ki, ümumilikdə onun küllü miqdarda borcu olduğu bildirilir və məhkəmə qərarı ilə həmin “Hammer” markalı avtomobil borc qarşlığı olaraq həbsə qoyulub.
Onun hansı səbəbdən borclandığı barədə isə dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …