Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Şəhidin qəbrini sökən şəxs tutuldu – VİDEO

Şəhidin qəbrini sökən şəxs tutuldu – VİDEO

Xaçmaz rayonu Qaraqurtdu kənd qəbiristanlığındakı məzarların bəzək-naxışlarını oğurlayıb. 

Bəzəkləri oğurlanan məzarlardan biri də 1993-cü ildə Murovdağdakı məşhur Ömər aşırımının azad edilməsi zamanı şəhid olmuş Səlimov Arif Sərkar oğluna aiddir.

Xaçmaz rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, olayı törədən şəxsin kimliyi müəyyənləşdirilib.

Polis əməkdaşları Xaçmaz şəhər sakini Qurbanov İmranı saxlayarkən, onun bu əməli narkotik almaq üçün pul əldə etmək məqsədi ilə törətdiyi məlum olub.

Qeyd edək ki, məzarlardan qiymətli metal hissəciklərini satmaq məqsədi ilə oğurlayan Qurbanov İmran saxlanılarkən üzərindən narkotik vasitə olan heroin aşkar edilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …