Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Rza Zərrab işinin adı dəyişdirildi – Müttəhim yox, şahid kimi dindiriləcək

Rza Zərrab işinin adı dəyişdirildi – Müttəhim yox, şahid kimi dindiriləcək

ABŞ-da həbsdə olan İran/Türkiyə vətəndaşı Rza Zərrabın işini aparan Riçard Berman məhkəmədə müttəhim kimi dindiriləcək şəxsin sadəcə “Halkbank” baş direktor müavini Hakan Atillanın olacağını açıqlayıb.

Avropa.info xəbər verir ki, haqqında prokurorluqla əməkdaşlığa gedəcəyi barədə söhbətlər gəzən Rza Zərrab dünənki məhkəmə iclasında iştirak etməyib.

Münsiflər heyəti də sadəcə Hakan Atilla üçün təyin olunacaq. “ABŞ Zərraba qarşı” məhkəmə işinin adı “ABŞ Atillaya qarşı” şəklində dəyişdiriləcək.

Qeyd edək ki, NBC telekanalı Rza Zərrabın həbsdən çıxarıldığını, ancaq hələ də nəzarət altında saxlanıldığını, prokurorluq ilə danışıqlara başladığı xəbərini yaymışdı.

Türkiyə baş nazirinin müavini və hökumətin mətbuat katibi Bəkir Bozdağ isə bu işi Türkiyəyə qurulan tələ adlandırmışdı.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …