Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Rüstəm Usubov MTN polkovnikini niyə hədələyib? – “Başıma bir iş gəlsə, həmin səs yazılarını yayacağam”

Rüstəm Usubov MTN polkovnikini niyə hədələyib? – “Başıma bir iş gəlsə, həmin səs yazılarını yayacağam”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərov Baş Prokurorluğun keçmiş rəhbərliyi barədə sensasion açıqlamalar verib.

Azpost.info xəbər verir ki, Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə iddia edib ki, əlində Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var. “Başıma bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq. Başıma bir iş gəlsə, təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm – otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər”, – deyə Sahib Ələkbərov bildirib.

Təqsiri olmadığını deyən polkovnik çıxşınında onunla birgə mühakimə olunanları da müdafiə edib. Sahib Ələkbərovun iddasına görə, Baş Prokurorluğun İstintaq İdarəsində onun, eləcə də birlikdə mühakimə olunduğu şəxslər haqqında heç bir mötəbər sübut yoxdur: “Təqsirləndirilən şəxs qismində cəlb olunmağım haqqında qərarda məni səlahiyyətlərimə görə səhiyyə naziri, baş prokuror, ədliyyə naziri, həm də milli təhlükəsizlik naziri kimi göstərmişdilər. Sonra qərarı dəyişib işin içinə başqasını qoydular. İrəli sürülən ittihamlardan biri baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun qərarına təsir göstərməsi haqdadır. İddia olunur ki, Ələkbərov Usubovun Səbail prokurorluğunun qərarını ləğv etməsinə nail olub. Əksinə, mən 2005-ci ildə Hacı Məmmədov olaylarına görə Rüstəm Usubovu şahid qismində dindirəndə onun tərəfindən hədələnmişəm. Mən baş prokuror olmuşam ki, Usubova göstəriş verim ki, get, Səbail prokurorluğunun qərarını ləğv elə?! Bu qədər absurd olmaz axı. Çağırıb Rüstəm Usubovu dindirsinlər ki, mən necə nail olmuşam buna. 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunanda o iş üzrə Rüstəm Usubovu MTN-də mən dindirirdim. Onda Rüstəm Usubov bir neçə dəfə məni hədələmişdi”.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …