Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Rektor Qafurovu deputatın qətlinə görə tutublar

Rektor Qafurovu deputatın qətlinə görə tutublar

Rusiyada Kazan Federal Universitetinin rektoru İlşat Qafurovun həbsinin təfərrüatları məlum olub. “lenta.ru” hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, onun həbsi əməliyyatını Federal Təhlükəsizlik Xidməti keçirib. Qafurovu 1999-cu ilin avqustunda deputat və biznesmen Aydar İsrafilovun qətli işinə görə tutublar. Belə ki, həmin vaxt Moskvada , bazarlardan birinin qarşısında killer Aydar İsrafilovu onlarla adamın gözü önündə güllələyib.

Həmin qətlin Qafurovun sifarişi ilə həyata keçirildiyi haqda ifadəni 1990-cı illərin ən qəddar kriminal qruplaşmalarından biri olan “29-cu kompleks” qruplaşmasının hazırda həbsdə olan lideri Adıqan Salyaxov verib.  Salyaxov həbsxanadan Kazana etap olunub və orada dindirilib.

“29-cu kompleks” qruplaşması Tatarıstan, Moskva və Ukrayna ərazisində fəaliyyət göstərib. Bu qruplaşmanın azı 20 qətl törətdiyi məlumdur, onun 30-dan çox üzvü həbs edilib.

***

Rusiyada hüquq-mühafizə orqanları Kazan Federal Universitetinin rektoru İlşat Qafurovu saxlayıblar. Bu haqda Tatarıstan mənbələri bildirir. Məlumata görə, Qafurov ya 90-cı illərin əvvəllərində törədilmiş sifarişli qətl işinə, ya korrupsiyaya görə saxlanılıb. Universitetin əməkdaşı isə bildirib ki, “rektor xəstələnib və işə çıxmır”.

İlşat Qafurov fizika-riyaziyyat elmləri namizədi, iqtisad elmləri doktoru, Tatarıstan Dövlət Şurasının deputatıdır. 2010-cu ildən rektor vəzifəsini tuturdu.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …