Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Quska”ya hökm oxundu

“Quska”ya hökm oxundu

Bu gün Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin sonuncu məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə H. Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Quska”nın anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə olunub. 

Onlarla birgə təqsirləndirilənlər – Namiq Babayev 4 il, Nazim Əliyevin 3 il müddətinə azadlıqdan məhrum edilib. İntiqam Süleymanova isə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Azadlıqda olan Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları – Zaur Quliyev, Pərviz Kazımov, İbrahim Həbibov, Xalid Əliyevə də şərti cəza verilib. 

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …