Ana səhifə / Kriminal / Qısqanc ər güllə ilə bacanağının gözündən vurdu: Bakıdakı qətlin TƏFƏRRÜATI

Qısqanc ər güllə ilə bacanağının gözündən vurdu: Bakıdakı qətlin TƏFƏRRÜATI

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Kamran Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, ötən il dekabrın 27-də, i saat 08 radələrində Səməd bəy Mehmandarov küçəsi, 74 saylı binanın qarşısında öldürülən şəxs 45 yaşlı Xəyal Cəfərov olub.

Xəyal Cəfərovun bacanağı Kamran Mahmudov tərəfindən qətlə yetirildiyi məlum olub.

Xəyal Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub.

Bildirilib ki, Kamran Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gəlib.

Bu zaman o, özündə olan silahla bacanağını vurub.

İstintaq orqanı tərəfindən Kamran Mahmudovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …