Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı

Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı

Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsilə bağlı polis tərəfindən araşdırma aparılır.

Bu barədə sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntüləri ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O qeyd edib ki, N.Babayevin xəsarətlərinin dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …