Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Qəzaya düşən təyyarənin pilotu itkindir – İran açıqladı

Qəzaya düşən təyyarənin pilotu itkindir – İran açıqladı

İranın məhkəmə-tibbi ekspertizası təyyarə qəzasında həlak olan sərnişinlər üzərində apardığı DNK analizlərinin nəticəsində cəsədlərin sadəcə 10 şəxsə aid olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, qurumun rəsmi saytı açıqlamasında bəyan edib ki, testin nəticəsində onlara təslim edilən 11 cəsəddən birinin əslində digər şəxslərə aid parçalar olduğu müəyyən edilib. Beləliklə də, 11 nəfərdən biri hələ də itkin hesab edilir.

Həmin şəxs isə cəsədi təsbit edilmədiyi üçün adı qurumun elan etdiyi siyahıda olmayan pilot Beril Gebeşdir.

Digərlərinin cənazəsi isə artıq Türkiyədədir.

Xatırladaq ki, BƏƏ-dən İstanbula gedən “Başaran Holding”ə aid şəxsi təyyarə İranda qəzaya düşüb. Üçü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Göyərtəsində “subaylığa vəda” partisindən qayıdan iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və rəfiqələri olub.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …