Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Narkotikə görə tutulanların SAYI

Narkotikə görə tutulanların SAYI

Ötən il ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilən şəxslərin sayı açıqlanıb.

2020-ci ildə həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 301 nəfərdən ibarət 131 cinayətkar qrup zərərsizləşdirilib.

Bu cinayətlərə görə, məsuliyyətə cəlb olunan 4 084 nəfərdən 2853-ü (+30,9%) əmək qabiliyyətli işləməyən və oxumayan, 1239-u (+39,4%) əvvəllər cinayət törədən, 69-u (+1,5%) qadınlardır. Beləliklə, 2020-ci ildə Azərbaycanda narkotik cinayətlərinə görə tutulanların 99,98 faizi kişilər olub. (Report)

Qeyd edək ki, narkotiklərlə əlaqədar müəyyən edilən 5 041 (+965), o cümlədən onların satışı ilə bağlı 1738 (+459) fakt üzrə qanunsuz dövriyyədən bütövlükdə 1 ton 873 kiloqram narkotik vasitə götürülüb. Güclü təsirə malik narkotik vasitələr sinifinə aid olan 839 kiloqram tiryək və heroin dövriyyədən çıxarılıb.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …