Ana səhifə / Kriminal / MN-də rüşvət qalmaqalı: “İçi dolu bağlamaları götürüb aparırdım…”

MN-də rüşvət qalmaqalı: “İçi dolu bağlamaları götürüb aparırdım…”

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zaman Əsədov ifadə verib.

O bildirib ki, Mahir Şirvanovun sürücüsü olub: “Uzun illərdir o idarədə çalışıram. Əvvəllər Məlikməməd Qurbanovun, sonra Mahir müəllimin sürücüsü olmuşam. Hazırda da Müdafiə Nazirliyində sürücü kimi çalışıram. Bu iş üzrə onu deyə bilərəm ki, idarədən nömrəmi Zahir Tağıyevə vermişdilər. Zahir Tağıyev zəng edirdi, gedib ondan sənədləri götürdüm. Həmin sənədləri gətirib idarənin növbətçisinə təhvil verirdim. Onların içində nə olduğundan xəbərsiz idim”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət aşkarlanıb. Bu səbəbdən onun istintaqa ifadəsi elan edilib.

Zaman Əsədov istintaqa ifadəsində göstərib ki, idarə rəisi Mahir Şirvanovun tapşırığı əsasında Zahir Tağıyevlə görüşərək ondan içi dolu olan bağlamaları götürərək adiyyəti üzrə təhvil verib.

Şahid istintaqa verdiyi ifadəsini qismən təsdiq edib. Bildirib ki, Məlikməmməd Qurbanovun dövründə bağlamalar götürüb, lakin Mahir Şirvanovun rəis olduğu dövrdə belə bir hal baş verməyib.

Şahid əlavə edib ki, hərdən bayramlarda meyvə olan bağlamalar gətiriblər, o da həmin bağlamaların gətirən şəxslərdən qəbul edib və idarəyə təhbil veririb.

Növbəti proses noyabrın 24-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb./Teleqraf.com

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …