Ana səhifə / Kriminal / Manat Kreditlərinə 3 faizədək endirim – Bank of Baku-dan Yeni İlə Özəl Kampaniya

Manat Kreditlərinə 3 faizədək endirim – Bank of Baku-dan Yeni İlə Özəl Kampaniya

Manatla kreditləşməni davam etdirən Bank of Baku, yeni il ərəfəsində müştərilərinə bayram hədiyyəsi olaraq nağd pul kreditlərinə 3%-dək endirim tətbiq edir.

Endirim kampaniyasından 30 dekabr 2015-ci il tarixinədək Banka nağd pul krediti üçün müraciət edən müştərilər faydalana biləcəklər. Kredit manatla dövlət və özəl müəssisələrində çalışan şəxslərə, həmçinin bankın təkrar müştərilərinə 5000-dək məbləğdə 12 ay müddətinə verilir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan iş yerindən arayışı müştərilər bankdan ayrılmadan Elektron Hökumət xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

Bank of Baku-nun təqdim etdiyi digər kredit məhsulları haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Həmçinin oxuyun

Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır …

Bir cavab yazın