Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən
məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onbların
icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur.
Ancaq reallıqda bir çoxz hallarda məhkəmə qərarları icra olunmamış qalır. Əsasən də borc məsələləri.
Məsələn,
ABŞ-da məhkəməni udmuş adam sadəcə əlinə məhkəmənin qərarını alır və
gedib lazımi yerə təqdim edir, dərhal qərar icra olunur. Xoşagəlməz
hallar o qədər az olur ki, bunları adi qaydada polis həll edir, bunun
üçün ayrıca qurum yaradılmır.
Bəs bizdə?
12 min borcu olan şair həbs edilir, 200 min borcu olanları itirib-axtaran yoxdur
Bizdə
borclunun bank hesabındakı puluna həbs qoyub ordan pulu çıxartmaq üçün
məhkəmə icraçısı (icra məmuru) əvvəl məhkəməyə, sonra isə banka təqdimat
və ya məktub yazır. Çünki məhkəmə borc verənin təqdimatı ilə borclunun
hesabına həbs qoymur, bank da borc verənin məktubuna əsasən, borclunun
hesabından pul çıxartmır. Baxmayaraq ki, borc verən banka məhkəmənin öz
qanuni qərarını göndərir. Çünki bizdə nəinki banklar, eləcə də məhkəmə
özü öz qərarına hörmət eləmir. Çünki sistem belə təşkil olunub. Əks
təqdirdə, məhkəmə hakimiyəti müstəqilləşə bilər, icra məmurlarına,
deməli, Ədliyyə Nazirliyinin, yəni icra hakimiyyətinin müdaxiləsinə
ehtiyac qalmaz. Ona görə də məhkəmə qərarları icraçılar vasitəsilə icra
olunur. Bu, əslində absurd səslənir, çünki qanuna görə məhkəmə qərarı
hər kəs üçün məcburi xarakter daşıyır. Bizdə isə məhkəmə qərarını
göstərəndə icra eləmirlər ki, icraçının məktubu gəlməlidir.
Lap tutaq ki, iş icraata yönəldi, yenə də çox hallarda məhkəmənin qərarı icra olunmur.
Azerinfo.tv-yə
şikayət edən Abşeron rayon, Məhəmmədli kəndi,Əliağa Vahid küçəsi 15-də
yaşayan Xəlilov Sevindik İdris oğlu deyir ki, prezident İlham Əliyevə,
baş prukoror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, daxili
işlər naziri Vilayət Eyvazova şikayət ərizəsi göndərib.
Məsələ
ondadır ki, Sumqüayıt şəhər məhkəməsinin 31.05.2018-ci il tarixli
qətnaməsinə əsasən (hakim E.Məmmədov) cavabdeh İsmayılov Anar Süleüyman
oğluna və Cəfərov Namiq Ağaşirin oğluna qarşı Sevindik Xəlilovun “ pul
tələbinə dair” iddiasını təmin edib. Yəni məhkəmə Anar İsmayılov və
Namiq Cəfərovdan müştərək qaydada 93.000 manat məbləğdə pul vəsaitinin
alınaraq ona verilməsini qət edib.
Sumqayıt
Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli
qətnaməsinə əsasən cavabdeh İsmayılov Anar Süleyman oğlunun apellyasiya
şikayəti təmin oluinmayıb. Sumqayıt şəhər məhkəməsinin 31.05.2018
tarixli qərarını qüvvədə saxlayıb.
Anar
Süleymanovun Ali Məhkəməyə verdiyi kassasaiya şikayəti də nəticəsiz
qalıb. Azərbaycan Respublikası Ali Məhkəməsi 08.04.2019-cu il tarixdə
onun kassasiya şikayətini təmin etməmiş və Sumqayıt Şəhər Məhkəməsinin
qətnaməsini qüvvədə saxlayıb.
Gördüyünüz
kimi vətəndaş Sevindik Xəlilovun xeyrinə 3 etapda qərar çıxarılıb.
Dövlətin adından qərar çıxarılıb ki, cavabdehlər hərəsi ona borclu
olduqları 93 min manatı ödəsinlər.
Lakin
indiyənədək bir qəpik ödənməyib. Sumqayıtda yaşayan Namiq Cəfərov yoxa
çıxıb. Məhkəmə icraçısı işi polisə verib Polis də onun barasində axtarış
edlan edib. Hər halda Sevindik Xəlilova belə deyiblər ki, Cəfərov
axtarışa verilib.
Füzulidə
qeydiyyatda olan Anar İsmayılov açıq-aşkar borcu ödəməkdən yayınır.
Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi
Atakişiyev acizlik nümayiş etdirir. Sevindik Xəlilova deyir ki, “darıxma
axtarışa verəcəm, bəlkə ödədi”. Şikayətçi deyir ki, hər dəfə bir bəhanə
ilə başını aldadır. Halbuki, məlumatı var ki, Atakişiyev İsmayılovla
hər gün danışır.
Sevindik Xəlilov soruşur- Azərbaycabn Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsini kim və hansı yolla təmin edəcək?
Maraqlıdır,
bu yaxınlarda aliment borcu üstündə tanınmış bir jurnalist, daha sonra
tanınmış şair həbs edildilər. Lap qısa müddətə olsa da. Özü də borcları
ödənməklə. Orada söhbət 3-12 min arası manatdan gedirdi. Sevindik
Xəlilovun məsələsində isə söhbət ümumilikdə 200 min manata yaxın
vəsaitdən gedir.
Niyə bir halda daha az vəsaitə görə kimsə həbs edilir, başqa bir halda isə məsuliyyətdən yayındırılır?
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev bu haqda nə düşünür?
Həmçinin oxuyun
Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi
Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …