Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / İlqar Qurbanov Samsunda TIR-ı aşırdı , Azərbaycana gətirilən 25 ton boya yola töküldü

İlqar Qurbanov Samsunda TIR-ı aşırdı , Azərbaycana gətirilən 25 ton boya yola töküldü

Türkiyənin Samsun vilayətinin İlkadım qəsəbəsində İstanbuldan Azərbaycana boya daşıyan TIR qəzaya uğrayıb. Badırlı körpüsünün yaxınlığında baş verən qəza zamanı 3 nəfər yaralanıb, yük maşınında olan 25 ton boya yola axıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb azərbaycanlı İlqar Qurbanovun idarə etdiyi 99ZC 183 nömrəli TIR-ın yoldan çıxaraq aşması olub. Yolun kənarındakı baryerin üzərinə çıxan avtomobil su kanalına düşüb.

Qarşısında Azərbaycan nömrəli TIR-ın su kanalına aşdığını görən digər sürücü Nuri Çevik idarə etdiyi 19 HL 654 nömrəli avtomobilin sürətini azaldıb, nəticədə arxadan gələn 06 ETT 94 nömrəli avtomobil ona çırıpılıb. Zəncirvari qəza zamanı Benyamin Usta tərəfindən idarə olunan 34 JV 301 nömrəli daha bir avtomobil yoldan çıxaraq digər avtomobillərə çırpılıb.

Su kanalına düşən TIR-ın sürücüsü heç bir xəsarət almasa da, digər sürücü S. Çakır, Benyamin Usta və onun sərnişini Tuğba Usta yaralanıblar.

Hadisə yerinə gələn təcili yardım əməkdaşları yaralıları Samsun xəstəxanasına çatdırıblar. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …