Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / İki qardaş avtobusun altında 80 kilometr yol getdi – Ürək ağrıdan foto

İki qardaş avtobusun altında 80 kilometr yol getdi – Ürək ağrıdan foto

Çində kənd internat məktəbində oxuyan iki qardaşın avtobusun altında 80 kilometr yol getməsi dünya mediasında, eləcə də sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kasıb bir kənddə yaşayan qardaşların əyalət mərkəzinə getmək istədikləri məlum olub. Yaşları 8-9 yaş arası olan uşaqlar orada işləyən valideynləri üçün darıxdıqlarından belə bir addım atıblar.

Qeyd edilir ki, Çində bir çox valideyn işləmək üçün şəhər mərkəzlərinə üz tutur. Bəzi uşaqlar nənələriylə, bəziləri isə tək yaşamaq məcburiyyətində qalırlar.

Qət etdikləri yolun 3 kilometri dik yamac olsa da, sağ-salamat qalan uşaqların hekayəsi sosial şəbəkələrdə geniş müzakirə olunub. On minlərlə insan bu fotoları “ürəkparçalayıcı” sözləri ilə paylaşıb.

 

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …