Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Gəncədə boşanmaq istəyən arvadını öldürən ər tutuldu

Gəncədə boşanmaq istəyən arvadını öldürən ər tutuldu

Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb. ” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, sentyabrın 5-də Gəncə şəhər Kəpəz rayon ərazisində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aytac Aslan qızı Tanrıverdiyevanı qətlə yetirən, 1991-ci il təvəllüdlü Elvin Arzu oğlu Nəbizadə tutulub.

Qeyd edək ki, E.Nəbizadə məhkəmə binasının önündə, ondan boşanmaq istəyən həyat yoldaşı A.Tanrıverdiyevanın qarşısını kəsərək üzərində gətirdiyi bıçaqla onun döş qəfəsinə çoxsaylı bıçaq zərbələri vurub. Qadın yaxınlarının köməyi ilə avtomobilə qoyularaq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …