Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Gəncə məhkəməsinin qarşında dəhşətli qətl – Ər boşanmaq istəyən arvadını öldürdü

Gəncə məhkəməsinin qarşında dəhşətli qətl – Ər boşanmaq istəyən arvadını öldürdü

Gəncədə qadın əri tərəfindən qətlə yetirilib.
“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə məhkəmə binasının qarşısında qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Onların bir azyaşlı övladı var idi.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …