Ana səhifə / Kriminal / “Fitch”: Azərbaycanda valyuta ilə bağlı kritik vəziyyət yaranmayacaq

“Fitch”: Azərbaycanda valyuta ilə bağlı kritik vəziyyət yaranmayacaq

Azərbaycanın valyuta böhranı şəraitinə daxil olması onun iqtisadi vəziyyətini çətinləşdirsə də, hazırda vəziyyət kritik deyil.

“Report”un “Dailymail”a istinadən verdiyi xəbərə görə, bunu “Fitch” beynəlxalq reytinq agentliyinin baş direktoru Pol Gembl (Paul Gamble) “Reuters” agentliyinə müsahibəsində bildirib.

P.Gembl qeyd edib ki, Azərbaycan hökumətin sərəncamında olan irihəcmli xarici aktivlər kredit reytinqinin müəyyənləşdirilməsində rol oynayan vacib amildir.

“Fitch” rəhbəri əlavə edib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları 2016-cı ilin ilk yarısında 4,5% artaraq 35,1 mlrd. ABŞ dollarına çatıb. İnflyasiya ilə mübarizədə Azərbaycan Mərkəzi Bankı (AMB) keçən həftə uçot dərəcələrini 1,5 dəfə (9,5%-dən 15%-ə) artırıb. Bundan sonra kommersiya bankları valyuta qıtlığı səbəbindən valyuta satışına qoyduqları məhdudiyyəti ləğv edib.

Həmçinin oxuyun

Gömrükdə əməliyyat: Rəis dindirilmə üçün Bakıya gətirildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.  Bakupost.az xəbər verir ki, əməliyyat …

Bir cavab yazın