Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / FHN və DSX polkovniklərinin həbs müddəti uzadıldı – Yenilənib

FHN və DSX polkovniklərinin həbs müddəti uzadıldı – Yenilənib

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyevlə birgə həbs olunan vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, istintaqın təqdimatı ilə mayın ortalarında barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilən vəzifəlilərin həbsdə qalma müddəti bir neçə gün sonra başa çatır. Buna görə də istintaq müddətinin artırılması üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov, FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin müdiri Abdulla Abdullayev və balıqçı Xaliq Quliyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verilib.

Bütün təqdimatlara bu gün hakim Elbəy Allahverdiyevin təqdimatı ilə baxılacaq. 

Adıçəkilən şəxslərlə birgə həbs edilən general Nağıyev isə avqustun 8-də ev dustaqlığına buraxılıb.

Qeyd edilən vəzifəli şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar. Balıqçı Xalis Quliyev isə rüşvətin toplanıb A.Abdullayevə verilməsində vasitəçi olub.

***

Hakim Elbəy Allahverdiyev istintaqın təqdimatlarını təmin edib və adıçəkilən şəxslərin hər birinin həbsdə qalma müddəti 3 ay uzadılıb.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …