Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / DİN kredit adı ilə insanları aldadan şəxsi saxlayıb -FOTO

DİN kredit adı ilə insanları aldadan şəxsi saxlayıb -FOTO

Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub.

R.Babayevin əməlləridən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub.

Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-nin 102 Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

DİN kredit adı ilə insanları aldadan şəxsi saxlayıb  - VİDEO
DİN kredit adı ilə insanları aldadan şəxsi saxlayıb  - VİDEO

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …