Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Cahangir Hacıyev şikayətini geri götürdü

Cahangir Hacıyev şikayətini geri götürdü

Sabiq bankir Cahangir Hacıyev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Ali Məhkəmədə“Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Məhkəmədə məlum olub ki, C.Hacıyevin vəkilləri Aqil Layıcovla, Fəxrəddin Mehtiyev kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib.

Onlar əlavə sənədlər əsasında kassasiya şikayətini yenidən hazırlanması zərurəti ortaya çıxıb.

C.Hacıyev də məhkəməyə ərizə göndərərək vəkilləri ilə razı olduğunu qeyd edib.

Məhkəmənin qərarı ilə kassasiya şikayəti geri qaytarılıb.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …