Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / Bu ilin birinci rübündə Azərbaycana yarım milyon turist gəlib

Bu ilin birinci rübündə Azərbaycana yarım milyon turist gəlib

Bu ilin birinci rübündə Azərbaycana 400 min turist gəlib.

APA-nın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətində bu ilin birinci rübünün yekunlarına həsr olunmuş xidməti müşavirədə bildirilib.

Müşavirədə qeyd olunub ki, turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının kifayət qədər artmasına səbəb olub.

Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2017-ci ilin I rübü ərzində 399.429 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə 557.628 girişi və 398.295 nəfər olmaqla ölkə ərazisindən 557.461 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb.

Rüb ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 146.920 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib.

15.04.201716:54 53

Həmçinin oxuyun

Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev …

Bir cavab yazın