Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / Bu gün nağd dollar ucuzlaşa bilər

Bu gün nağd dollar ucuzlaşa bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün, yanvarın 7-si saat 11:45-də banklararası mütəşəkkil valyuta bazarında valyuta hərracı keçirməsi gözlənilir.
“Report” xəbər verir ki, AMB dekabrın 21-dən “üzən məzənnə” rejiminə keçdikdən sonra valyutanı banklara hərraclar vasitəsilə satmağa başlayıb. Dünən, yanvarın 6-da isə AMB, ilk dəfə hərracı təxirə salıb. Bundan dərhal sonra daxili bazarda nağd dolların alış-satış məzənnəsi 1,63-1,64 AZN/USD-dən 1,65-1,70 AZN/USD-yə yüksəlib.
“Report”un analitik qrupu hesab edir ki, bugünkü hərracdan sonra alış-satış məzənnəsinin yenidən azalacağı və 1,63-1,66 AZN/USD-yə düşməsi mümkündür.
Qeyd edək ki, yanvarın 11-dən etibarən banklararası bazarda Azərbaycan Dövlət Neft Fondu valyuta satışına başlayacaq.

Həmçinin oxuyun

Ali Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan əmlakları müsadirə etmədi 

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə …

Bir cavab yazın