Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / Beyləqanda ŞOK OLAY – 18 yaşlı qızı döyüb yol kənarına atdılar

Beyləqanda ŞOK OLAY – 18 yaşlı qızı döyüb yol kənarına atdılar

Beyləqanda gənc qız yol kənarında huşsuz vəziyyətdə aşkarlanıb.

Trend-in məlumatına görə, səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.

Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib. Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev …