Ana səhifə / Kriminal / BDU-nun hüquqşünası və metodisti yenidən məhkəmə qarşısında

BDU-nun hüquqşünası və metodisti yenidən məhkəmə qarşısında

Xaricdə təhsil alan tələbələrin Bakı Dövlət Universitetinə (BDU) qəbul olunmasına köməklik etmək adı ilə dələduzluqda ittiham olunan və bəraət alan universitetin hüquqşünası Tamella Çələbiyeva və onunla birgə ittiham olunan Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 26-na təyin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamella Çələbiyeva və Ulduzə Səfərzadə cərimə cəzasına məhkum ediliblər. Bakı Apellyasiya Məhkəməsi onlar barəsində bəraət hökmü çıxarıb.


Qeyd: Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların Bakı Dövlət Universitetinə qəbul edilməsi müqabilində külli miqdarda pul alınması ilə bağlı Gəncə Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş Zaur Hümbətov, Bakı Dövlət Universitetinin hüquqşünası və müəllimi Tamella Çələbiyeva, BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Lakin istintaq müddətinə Zaur Hümbətov vəfat edib və onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onu da qeyd edək ki, Tamella Çələbiyeva ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin idarə rəisi, general Natavan Mirvətovanın cinayət işi üzrə zərərçəkmiş şəxs olub. MTN tərəfindən onun telefonları qanunsuz dinlənilib.

Həmçinin oxuyun

Abşeronda dəhşətli hadisə: Yaralanan qazinin qohumu hər şeyi danışdı – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Belə ki, “Bağçalı” yaşayış …