Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Basketbol əfsanəsi şəxsi helikopterində qəzaya uğradı və həlak oldu

Basketbol əfsanəsi şəxsi helikopterində qəzaya uğradı və həlak oldu

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayant helikopter qəzasında həlak olub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Kaliforniyada qəzaya uğrayan helikopterdə dünyanın ən güclü basketbolçularından olan 41 yaşlı K.Brayant və daha üç nəfər olub.

Helikopterin K.Brayanta məxsus olduğu bildirilir.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş “Qara mamba” ləqəbli K.Brayant “Los Angeles Leykers” komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …