Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Baş prokurorluq bir qrup bloqeri və sosial şəbəkə istifadəçisini çağırdı, xəbərdarlıq etdi

Baş prokurorluq bir qrup bloqeri və sosial şəbəkə istifadəçisini çağırdı, xəbərdarlıq etdi

Baş prokurorluq daha bir qrup sosial şəbəkə istifadəçisinə və bloqerə xəbərdarlıq edib. Baş prokurorluğun mətbuat xidmətindən yayılan məlumatda deyilir ki,  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq sosial şəbəkələrdə zorakılığın təbliğinə yönələn, təhqir və böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan, dövlət sirri təşkil edən və digər qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılmaqla qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi davam etdirilir.

Göstərilənlərlə əlaqədar, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatları sensasiya naminə yaymaqla qeyd edilən Qanunun 13-2-ci maddəsinin tələblərini pozmuş Yusubov Bəxtiyar Yusub oğlu, Günəşli Seymur Şirbala oğlu, İsmayılov Bəxtiyar Qafqaz oğlu, Namazov Mahir Nadir oğlu və Əzizov Musa Mazan oğluna “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.

 “Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməklə, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilmiş, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da ən ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır”,-məlumatda deyilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …