Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Baş həkimin işdən çıxardığı tibb işçisi məhkəməyə müraciət etdi

Baş həkimin işdən çıxardığı tibb işçisi məhkəməyə müraciət etdi

Bir müddət əvvəl sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb.

Həmin videoda Uşaq Ağciyər Vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib.

“Ölkə.Az”-ın məlumatına görə, video yayılandan  sonra – yanvarın 13-də Səbinə Məmmədova işdən azad edilib. Bu haqda əmrdə yazılıb ki, S.Məmmədova əmək funksiyasını pozub.

Həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib. İddia ərizəsi artıq Nizami Rayon Məhkəməsinə təqdim olunub.

 

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …