Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törətdi və…

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törətdi və…

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədib.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, polisdən qaçan və işıqforun qırmızı işığına məhəl qoymadan yüksək sürətlə şütüyən “Mazda” Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində yolu yaşıl işıqda keçən “BMW” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəlib. Amma qəzadan dərhal sonra “Mazda”nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis “Mazda”nın sürücüsünü axtarır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …