Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda qatardan qaçan məhbuslar tapıldı – Xırdalanda atışma gedir

Bakıda qatardan qaçan məhbuslar tapıldı – Xırdalanda atışma gedir

23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçdıqlarını xəbər vermişdik.

Yenicag.az-ın əldə etdiyi son dəqiqə özəl məlumatına görə, həmin şəxslərin hüquq-mühafizə orqanları tərəfindən yeri müəyyənləşdirilib. Bizdə olan məlumata görə, hazırda Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma gedir. Ölən və yaralıların olduğu bildirilir…

*****

AZinforum.az-ın əldə etdiyi məlumata görə, atışma hüquq mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat həbsdən qaçan avtoritetlərə qarşı olmayıb. Atışma radikal terrorçularla olub. Tərəflər arasında atışma Xırdalan şəhəri, Quşçuluq massivində  baş verib.

Bir neçə terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …