Ana səhifə / Kriminal / Bakıda “Niva” travmatoloqu vurub öldürdü – Fotolar+ Yenilənib

Bakıda “Niva” travmatoloqu vurub öldürdü – Fotolar+ Yenilənib

Bakıda avtomobil piyadanı vurub öldürüb. 

“ Azinforum.az ” ın APA-ya istinadən xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb.

N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Niva” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polis faktı araşdırır.

***

Bakıda “Niva” markalı avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.

Ölən piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

Hadisə paytaxtın N.Nərimanov küçəsində baş verib.




Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …