Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Mehriban Əliyeva “Bir ailə” filminin təqdimat mərasimində

Mehriban Əliyeva “Bir ailə” filminin təqdimat mərasimində

Martın 1-də Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirilib.

Virtualaz.org-un məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Tədbirdə bildirilib ki, film 2008-ci ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə bərpa olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə Rusiyadan gətirilmiş bu ekran əsəri hazırda Dövlət Film Fondunda saxlanılır.

1943-cü ildə Bakı Kinostudiyası tərəfindən çəkilmiş bu film İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədə Azərbaycan neftinin rolundan və xalqımızın vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal Paşayev, bəstəkarı Qara Qarayev, rejissorları Rza Təhmasib, Mikayıl Məmmədov və Qriqori Aleksandrovdur. Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökümə Qurbanova, Mirzə Babayev və digərləri çəkiliblər. Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …