Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda mağazada oğurluq anbaan kameraya düşdü- VİDEO

Bakıda mağazada oğurluq anbaan kameraya düşdü- VİDEO

Paytaxtın Sabunçu Rayonu Bakıxanov qəsəbəsində yerləşən bir geyim mağzasından edilən oğurluq anbaan kameralara düşüb. Mağaza sahibi iddia edir ki,qrup şəklində dükana girən oğrular satıcının başını qatıb və 7 geyim dəstini bir paketə salaraq aradan çıxıb. Dəyən ziyan isə 700 manatdan artıqdır.

Sağa-sola baxan qadın satıcının başının qarışıq olmasından istifadə edir.Sonra isə qadın geyimlərini asılqanla birgə qarşısındakı oğlanın tutduğu paketə salır.

Bundan sonra mağazanın ortasındakı vitrinin digər tərəfinə keçərək satıcını çağırır və bu haldan istifadə edən oğlan sürətli şəkildə oranı tərk edir.

Oğurluq hadisəsi Sabuçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qadın geyimlərinin satıldığı bir dükanda baş verib.Maraqlısı budur ki, oğurluq törədənlər dükanda kamera qoyulduğunu da biliblər.Mağaza sahibi Validə İsgəndərova iddia edir ki, oğurluq qrup şəkilndə törədilib və dükana girən digər şəxslər satıcının fikrini yayındırıblar.

Satıcı xanım isə yalnız müştərilərin hamısı dükanı tərk etdikdən sonra oğurluqdan xəbər tutub.

Faktla bağlı polisə məlumat verilib.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …