Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda məzarlığı talayan şəxs iş başında tutuldu – VİDEO

Bakıda məzarlığı talayan şəxs iş başında tutuldu – VİDEO

Bakıda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

Saxlanılan şəxs xristianlara məxsus məzarların üzərində olan dəmir parçalarını oğurlayaraq satırmış. Həmin şəxsin əməlini sübut edən videogörüntü sosial şəbəkələrdə yayılıb.

10 EP 399 dövlət nömrə nişanlı “Moskvich” markalı maşınla qəbiristanlığa gələn şəxs elə iş başında yaxalanıb.

Videodan da aydın olur ki, həmin şəxs artıq dəfələrlə həmin qəbiristanlıqdan oğurluq edib və bunu ona irad olaraq bildirirlər.

Oğurluq edən şəxsi qəbiristanlığa yaxınlarının məzarını ziyarət etməyə gələn şəxslər yaxalayıblar. Daha sonra polisə məlumat verilib və həmin şəxs saxlanılıb.

Məlumata görə, oğurluq hadisəsinin baş verdiyi yer Yasamal qəbiristanlığıdır.

Xatırladaq ki, bu qəbiristanlıqda dəfələrlə oğurluq hadisələri baş verib. Məzarların yanına qoyulan güldanların, qərənfillərin oğurlanması barədə bir neçə dəfə məlumat vermişik. (Musavat.com)

 

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …