Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda kişi tanımadığı qadına hücum etdi – Polisdən açıqlama

Bakıda kişi tanımadığı qadına hücum etdi – Polisdən açıqlama

Bakının Binə qəsəbəsində yoldan keçən naməlum şəxs tanımadığı qadına qarşı nalayiq hərəkət edib.

Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, görüntülər barədə müvafiq araşdırma aparılır:

“Video barədə məlumatlıyıq. Bununla bağlı araşdırma aparılır. Görüntülərlə bağlı ilkin olaraq Xəzər rayon Polis İdarəsinə hər hansı müraciət daxil olmayıb. Lakin buna baxmayaraq, sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma aparılır. Nəticəsi bəlli olandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …